Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fövqəladə sanitar vəziyyətin müddəti uzadılıb

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Fransada COVID-19 epidemiyası ilə bağlı fövqəladə sanitar vəziyyətin müddəti 2020-ci il yanvarın 31-dək uzadılıb.

Bildirilir ki, bununla bağlı Fransa Senatında qaldırılan məsələdə hökumət fövqəladə sanitar vəziyyətin müddətini fevralın 16-na qədər uzatmağı tövsiyə etsə də, senatorlar yanvarın 31-dək uzadıblar. Eyni zamanda, senat fövqəladə sanitar vəziyyət rejimindən çıxılmasının aprelin 1-dək uzadıl­ması təklifini də ləğv edib və təcrid olunma rejimi tədbirlərinin həyata keçirilməsinə parlamentin nəzarətini nəzərdə tutub. Senatda yeni təcridolma rejiminin dekabrın 8-dən sonra davam etməsi barədə yalnız qanunla icazə verilməsinə dair Respublikaçılardan olan məruzəçinin etdiyi dəyişikliyə yekdilliklə səs verilib.

Qeyd edilir ki, təcridolma rejimi ilə bağlı layihə mətni oktyabrın 24-də Milli Assambleyada ilk oxunuşda qəbul olu­nub. Senatdakı səsvermədən sonra deputatlar və senatorlar ümumi layihə mətni üzərində işləyəcəklər. Razılıq olmadığı təqdirdə gələn həftə layihəyə yenidən hər palatada ayrılıqda baxılacaq.

Məlumat üçün bildirək ki, iqtidar partiyasının əksəriyyət təşkil etdiyi Milli Assambleya son söz hüququna malikdir. Beləliklə, deputatların layihə mətnini istədikləri kimi tərtib edəcəkləri bildirilir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

31 Oktyabr 2020 23:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Dekabr 2020 | 19:57
BMT həyəcan təbili çalır
5 Dekabr 2020 | 19:51
Kvant interneti yaradılacaq

Köhnə versiyamızdan xəbərləri izlə