Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ən dəyərli gənc futbolçuları

Yaşı 21-dən çox olmayan futbolçuların qiymətləri açıqlanıb.

“Forbes” nəşrinin açıqladığı siyahının ilk pilləsində PSJ-nin hücumçusu Kilian Mbappe yer alıb. Bildirilir ki, 21 yaşlı fransız futbolçunun hazırkı qiyməti 183,3 milyon avrodur.

İspaniyanın “Atletiko” klubunda çıxış edən Joao Feliks siyahının ikinci pilləsində qərarlaşıb. Portuqaliyalı hü­cumçunun dəyəri 104 milyon avrodur. 3-cü yerin sahibi isə “Çelsi”nin yeni transferi Kay Havertsdir. Alman futbolçunun qiyməti 98 milyon avrodur.

Siyahıda müvafiq olaraq ardıcıllıq belədir: Alfonso Deyvis (19, “Bavariya” – Alma­niya) – 88,3, Matteys De Liqt (21, “Yuventus” – İtaliya) – 86,8, Ceydon Sanço (20, “Borussiya” Dortmund -Almaniya) – 86,6, Erlinq Haland (20, “Borussiya” Dortmund -Almaniya) – 68,3, Əşrəf Hakimi (21, “İnter” – İtaliya) – 66,3, Viktor Osimhen (21, “Napoli” – İtaliya) – 63 və Ferran Torres (20, “Mançester Siti” – İngiltərə) – 57,7.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti"

31 Oktyabr 2020 23:52 - İDMAN
İDMAN
27 Noyabr 2020 | 01:11
Yeni antirekord
25 Noyabr 2020 | 12:14
Özilin əvəzləyicisi

Köhnə versiyamızdan xəbərləri izlə