Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Noyabrın 1-də

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13° dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 7-12°, ayın əvvəlində 16°-dək, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 14-16° isti ola­cağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 millimetr) olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 5-10°, üçüncü ongünlüyün bəzi günlərində 0°-dək, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 9-14° isti olaca­ğı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 millimetr) olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 4-7° isti olacaq. Bu da iqlim norması daxilindədir. Gecələr havanın temperatu­runun 2-7° isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 0-4° şaxta, gündüzlər 10-15°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-7° isti ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 millimetr) olacağı ehtimalı var.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 9-12° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 8-13°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-5°, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 8-13° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iq­lim normasına yaxın (norma 15-24 millimetr) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 6-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 7-12° isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində yüksək dağlıq ərazilərdə 2-7° şaxta, gündüzlər 15-20°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 7-12° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 29-73 millimetr) olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-13° isti olacağı ehtima­lı var. Bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 9-14°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6°, gündüzlər 19-24°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 12-16° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-45 millimetr) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 9-14°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6° isti, dağlarda 0°-yə yaxın, gündüzlər 16-21°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 10-13° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miq­darının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 55-170 millimetr) olacağı ehtimalı var.

 

31 Oktyabr 2020 23:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə