Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstanbulda “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib

Türkiyənin İstanbul şəhərində İstanbul Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib.

“Kadıköy İskele” meydanında Mustafa Kamal Atatürkün heykəli önündə keçirilən aksiya zamanı Azərbaycan icması ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər. Təbdirdə çıxış edən Mədəniyyət evinin rəhbəri Hikmət Elp və digərləri Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizəsini dəstəklədiklərini bildirib, işğalçı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror aktlarını pisləyiblər. Aksiyada Qarabağ həqiqətlərindən bəhs edən “Məzar daşı” adlı kitab paylanılıb.

Azərbaycan və Türkiyənin bayrağının dalğalandırıldığı tədbirdə “Ya Qarabağ, ya ölüm” şeiri və “Can Azərbaycan”, “Qardaş, səninləyik” kimi şüarlar səsləndirilib.

Aksiyanın sonunda tədbir iştirakçıları Azərbaycanın yanında olduqlarını və erməni təcavüzünü, erməni terrorunu kəskin qınadıqlarını bildirib, dünya birliyindən ədalətli mövqe nümayiş etdirməyi tələb edən bəyanat qəbul ediblər.

31 Oktyabr 2020 21:01 -

Köhnə versiyamızdan xəbərləri izlə