Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: İnanıram ki, Milli Məclis ilə Gürcüstanın yeni parlamenti arasında əməkdaşlıq bundan sonra da davam edəcək

Gürcüstanda keçirilən parlament seçkilərində kimin qalib gələcəyindən asılı olmayaraq, Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Arzu Nağıyev söyləyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə olduğu kimi, parlamentlər arasındakı əlaqələr də çox möhkəmdir.

“Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qanunverici orqanlar bu münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm rol oynayır. İnanıram ki, Milli Məclis ilə Gürcüstanın yeni seçiləcək parlamenti arasında əməkdaşlıq bundan sonra da davam edəcək”, - deyə deputat vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

31 Oktyabr 2020 20:55 -

Köhnə versiyamızdan xəbərləri izlə