Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moldova mətbuatı erməni vəhşiliyindən yazır : “Uşaqların günahı nədir?”

Moldovanın “ipn.md” informasiya portalında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhərlərini raket atəşinə tutması nəticəsində həlak olan uşaqlarla bağlı məqalə dərc edilib.

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin müəllifi olduğu “Uşaqların günahı nədir?” sərlövhəli məqalədə Ermənistanın Azərbaycanın mülki şəxslərini hədəfə almasından danışılıb.

Müəllif qeyd edir ki, Ermənistan bütün dünyanın gözü qarşısında beynəlxalq konvensiyaları kobudcasına pozur. Azərbaycan öz ərazi bütövlüyü, torpaqlarını azad etmək uğrunda təpədən-dırnağa qədər silahlanmış hərbçilərə qarşı döyüşürsə, Ermənistan cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərdə uşaq, qoca və qadınları hədəfə alır, bu müharibə cinayətini törətməsini də gizlətmir. Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 91 mülki şəxs, o cümlədən əksəriyyəti silah belə görməyən uşaq, qadın və yaşlı insan həlak olub. Bununla da Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozur, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini raket atəşinə tutmaqda davam etdiyini gizlətmir. Özü də daha çox faciəyə səbəb olan kasetli bombalardan istifadə olunur. Lakin beynəlxalq birlik həmişəki kimi, yenə də susur, beynəlxalq təşkilatlar isə ikili siyasətin qurbanına çevriliblər.

31 Oktyabr 2020 15:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə