Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv ölkələrin rəhbərlərinin növbədənkənar iclası keçiriləcək

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvləri Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının sosial-iqtisadi inkişafının perspektivləri barədə məlumatlandırılacaq.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından bildirilib ki, noyabrın 2-də Bakıda “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusuna həsr olunmuş Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv ölkələrin rəhbərlərinin növbədənkənar iclası keçiriləcək. Tədbirin məqsədi Azərbaycan Ordusunun şanlı qələbələri nəticəsində işğaldan azad edilmiş torpaqlarımızın sosial-iqtisadi inkişafının perspektivləri haqqında Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvlərinə daha dolğun və geniş məlumatın təqdim edilməsidir.

Tədbir çərçivəsində Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının adından cəbhə bölgəsinə humanitar yardımın göndərilməsi nəzərdə tutulur.

31 Oktyabr 2020 15:14 - İQTİSADİYYAT
İQTİSADİYYAT
29 Noyabr 2020 | 00:51
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə