Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Qızıl Xaç Komitəsinin baş direktoru cəbhədəki son vəziyyət barədə məlumatlandırılıb

Cenevrəyə işçi səfəri çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) baş direktoru Roberto Mardini ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə tərəflər Azərbaycan ilə BQXK arasında uzun illərdir mövcud olan əməkdaşlığı məmnunluqla qeyd ediblər.

Nazir Ceyhun Bayramov qarşı tərəfi bölgədəki mövcud vəziyyətlə bağlı məlumatlandırıb. O, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulduğunu, Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinin, dinc əhalisinin və mülki infrastrukturunun bilərəkdən hədəfə alındığını, qadağan olunmuş silahlardan mülki şəxslərin atəşə tutulduğunu və bu günədək dinc sakinlər arasındakı ağır itkilər olduğunu vurğulayıb.

Bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün BMT Təhlükəsizlik Şurasının tələblərinə uyğun olaraq, işğalçı qüvvələrin Azərbaycanın işğal altındakı ərazilərindən çıxmasının vacibliyi bildirilib.

31 Oktyabr 2020 11:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə