Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ məsələsi BMT TŞ-da yenidən müzakirəyə çıxarıla bilərmi?”

Münaqişə bölgəsindəki vəziyyət yaxşılaşmasa, BMT Təhlükəsizlik Şurası (TŞ) Qarabağdakı vəziyyətin müzakirə edilməsinə qayıda bilər. Rusiya mediasının verdiyi xəbərə görə, bunu cümə günü Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasına oktyabrda sədrlik etdikdən sonra keçirdiyi mətbuat konfransında söyləyib. 

 

Rusya nümayəndəsi daha sonra deyib: “Vəziyyət daha da pisləşərsə, Şuranın bu problemə qayıdacağını və onunla məşğul olacağını istisna edə bilmərəm. Müzakirənin hansı formatda  olacağına  biz qərar verəcəyik”.

 

Xatırladaq ki, bundan əvvəl BMT TŞ  Qarabağdakı münaqişənin kəskinləşməsini Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı olmadan iki dəfə qapalı formatda müzakirə edib. 

 

R.TAHİR,

“Xalq qəzeti”

31 Oktyabr 2020 12:07 -

Köhnə versiyamızdan xəbərləri izlə