Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Washington Post” qəzeti: Azərbaycan ordusu Dağlıq Qarabağın ətrafındakı bir sıra rayonları Ermənistanın işğalından azad edə bilib

Azərbaycan ordusu Dağlıq Qarabağın ətrafındakı bir sıra rayonları Ermənistanın işğalından azad edə bilib. Bu barədə “Washington Post”da dərc olunan məqalədə deyilir.

“Qafqazdakı müharibə dönüş nöqtəsinə yaxınlaşır” adlı məqalədə müəllif qeyd edir ki, bir ay davam edən döyüş əməliyyatları status-kvonu Bakının xeyrinə illərlə davam edən danışıqlardan daha əsaslı şəkildə dəyişdi:

“Azərbaycan qoşunları müharibə fonunda bəlkə də Dağlıq Qarabağı Ermənistanla birləşdirən strateji quru dəhlizin tam azad edilməsinə yaxındır”.

Məqalədə həmçinin Ermənistanın Bərdə şəhərinin dinc əhalisinə hücumları da əksini tapıb:

“Bir neçə gün əvvəl Azərbaycan rəhbərliyi bildirib ki, erməni qoşunlarının cəbhə xəttindən 20 kilometr məsafədə yerləşən Bərdəyə “Smerç” raket sistemi ilə zərbələri nəticəsində 21 dinc sakin həlak olub, onlarla şəxs yaralanıb. “Amnesty International” raketlərin beynəlxalq konvensiyalarla qadağan olunmuş kaset sursatları ilə təchiz olunduğunu sübut edib”.

31 Oktyabr 2020 10:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə