Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2018 – ci ildə Lerik şəhərində abadlıq işlərinin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Lerik şəhərində abadlıq işlərinin görülməsinin satınalınması.
Tenderdə iştirak etmək istəyənlər 180 manat məbləğdə iştirak haqqını qeyd olunmuş hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunan əsas şərtlər toplusunu Lerik rayonu, Lerik şəhəri , Həzi Aslanov küçəsi 42 nömrəli ünvandan ala bilərlər.
Əlaqələndirici şəxs: İlqar Həsənov (telefon (025) 274 55 35).
Təşkilat : Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi
Lerik YXO
H/h : AZ71AIIB32051019447400201174
VÖEN: 6300016371
“Kapitalbank” ASC-nin Lerik filialı 
Kod: 200747
VÖEN: 9 900003611 
M/h: AZ37NABZ 01350100000000001944
S. W.İ.F.T. BİK: A II BAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 %- i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması barədə arayışlar;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
- iddiaçının nizamnaməsi (surəti);
- iddiaçının tam adı,hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- fəaliyyət növü haqqında məlumat;
- təklif olunan işlərin yerinə yetirilməsi üçün texniki və maliyyə imkanlarının mövcudluğu barədə məlumat;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının ­Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 noyabr 2018- ci il saat 18.00- a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 15 noyabr 2018-ci il saat 18.00-a qədər, Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 16 noyabr 2018 - ci il saat 12.00- da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

17 Oktyabr 2018 21:45 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2020 | 00:55
MƏTANƏT A
20 Mart 2020 | 00:55
Kapital Bank
20 Mart 2020 | 00:51
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə