Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İzmirdə daha bir zəlzələ baş verib

Türkiyənin Egey bölgəsində 5 bal gücündə zəlzələ baş verib.

Məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Zəlzələnin episentri İzmir vilayətinin Seferihisar rayonudur.

Yerli vaxtla saat 08.31-də meydana gələn təkanların ocağı yerin 7 kilometr dərinliyindədir.

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, dünən Türkiyənin həmin bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib.

31 Oktyabr 2020 10:03 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Noyabr 2020 | 00:44
Rusiyada rekord ölüm
26 Noyabr 2020 | 00:40
Yeni qayda tətbiq olunacaq
26 Noyabr 2020 | 00:40
Delfinlər tələf olub

Köhnə versiyamızdan xəbərləri izlə