Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Müdafiə Nazirliyi: Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb

Ermənistan Müdafiə Nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb. Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək”, - deyə məlumatda qeyd olunub

31 Oktyabr 2020 09:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə