Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident!

Əziz Qardaşım!

İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanla­rın ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldı­rılması üçün hər cür yardım göstərməyə hazır olduğumuzu bildirirəm.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2020-ci il

31 Oktyabr 2020 00:44 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə