Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşləri nəticəsində Goranboyda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Goranboy rayonu ərazisini ağır artilleriya qurğularından atəşə tutaraq ekoloji terror aktı törətməsi nəticəsində meşəlik zonada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının səyi nəticəsində yanğın qısa müddətdə söndürülərək onun sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

31 Oktyabr 2020 00:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 13:59
Əfsanəvi Maradona vəfat etdi

Köhnə versiyamızdan xəbərləri izlə