Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın Azərbaycana vurduğu ziyanın araşdırılması aparılacaq

Ermənistanın Azərbaycana vurduğu ziyanın Prezident İlham Əliyevin tapşırığı ilə araşdırılması aparılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası­nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diploma­tik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün oktyabrın 30-da Baş Prokurorluqda təşkil olunan brifinqdə məlumat verib.

Prezidentin köməkçisi qeyd edib ki, bu proses indiyədək də aparılırdı, sadəcə, səthi formada gedirdi. Torpaqlarımız işğaldan azad olunduqca, proses daha dəqiq formada aparılacaq.

31 Oktyabr 2020 00:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 00:42
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə