Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

HİKMƏT HACIYEV: Ermənistan bu gün hərbi təcavüz həyata keçirən tərəf kimi bütün cinayətlərə görə birbaşa məsuliyyət daşıyır

Azərbaycan dövləti xalqımıza qarşı törədilən müharibə cinayətlərinə görə hüquqi təqib addımlarını davam etdirəcək. Bu cinayətlər beynəlxalq platformalarda zəruri qiymətini almalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası­nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diploma­tik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün oktyabrın 30–da Baş Prokurorluqda təşkil olunan brifinqdə bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, bütün bunların qiymətləndirilməsi üçün hərbi tribunalın yaradılmasına ehtiyac var. Bu, intiqam deyil, bu, ədalətin bərpasıdır.

Hikmət Hacıyev vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində çoxsaylı cinayətlər törədilib. Bu cinayətlər Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilib. Bu gün hərbi əməliyyatların gedişi onu göstərir ki, Ermənistan Azərbaycana təcavüz həyata keçirir, mülki əhalinin öldürülməsi Ermənistanın məsuliyyətini təsbit edir. Bu günə qədər Ermənistan danışıqlar prosesinin formatı­nı dəyişməyə çalışıb. Ermənistan bu gün hərbi təcavüz həyata keçirən tərəf kimi bütün cinayətlərə görə birbaşa məsuliyyət daşıyır.

Prezidentin köməkçisi deyib ki, işğal edilmiş ərazilərdə mədəni abidələrin, mədəni irsin qəsdən məhv edilməsi də müharibə cinayətləridir. İşğal edilmiş ərazilərimizdə bu günə qədər qanunsuz məskunlaşdırma siyasəti həyata keçi­rilir, amma buna zəruri adekvat reak­siya verilməyib. İşğal edilmiş ərazilərin qazanc məqsədilə istifadəsi də müharibə cinayətləridir. İşğal edilmiş ərazilərdə qey­ri-qanuni iqtisadi əlaqələr də qurulub. Mi­neral yataqlar qanunsuz şəkildə istismar edilib və ölkədən kənara çıxarılıb. Bu qa­nunsuz iqtisadi əlaqələr nəticəsində hasil olunan maddi resurslar Ermənistanın bank hesablarına keçirilib.

31 Oktyabr 2020 00:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə