Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan 84 yaşlı Mişa Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib

Xəbər verildiyi kimi, Hadrut qəsəbəsində ermənilərin köməksiz halda buraxıb getməsi nəticəsində uzun müddət qidasız və susuz qalması səbəbindən sağlamlıq durumu ağırlaşmış vəziyyətdə aşkarlanan 84 yaşlı Mişa Melkumyanı Azərbaycan tərəfi oktyabrın 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəyib. Lakin qarşı tərəf qeyri-insani davranış göstərərək M.Melkumyanı təhvil almaqdan imtina edib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komis­siyasından AZƏRTAC-a bildiriblər ki, ürəyin xroniki işemiyası, böyrək çatış­mazlığı, pnevmoniya, yataq yaraları və digər ağır xəstəliklərdən əziyyət çəkən M.Melkumyan dərhal xəstəxanaya yerləşdirilib. Onun sağlamlıq durumunun yaxşılaşdırılması istiqamətində bütün zəruri tibbi prosedurlar həyata keçirilib və müvafiq qaydada sənədləşdirilib. M.Melkumyanın vəziyyətinin ağır ol­ması BQXK-nın həkim mütəxəssisləri tərəfindən də təsdiqlənib. Görülmüş tədbirlərə baxmayaraq, M.Melkumyan oktyabrın 30-u gecə saatlarında keçinib və xəstəliyi ilə bağlı epikriz BQXK-ya təqdim olunub. Onun nəşinin BQXK-nın vasitəçiliyi ilə verilməsi üçün ilkin razı­lığın əldə olunmasına və Azərbaycan tərəfindən bütün təşkilati işlərin görülməsinə baxmayaraq, Ermənistan bir daha beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik göstərib və M.Melkumyanın nəşini qəbul edərək həmin ölkədə yaşayan ailə üzvlərinə çatdırılmasından imtina edib.

M.Melkumyanı əsir götürülmüş şəxs kimi təqdim etmək cəhdləri Ermənistanın özünün qeyri-insani hərəkətlərini ört-basdır etmək üçün yalan kampaniyasının tərkib hissəsidir.

31 Oktyabr 2020 00:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 13:59
Əfsanəvi Maradona vəfat etdi

Köhnə versiyamızdan xəbərləri izlə