Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə Nazirliyi: Azərbaycan tərəfinin hücum cəhdi olmayıb

Ermənistan mətbuatı bu ölkənin müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordu­sunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu xəbər növbəti dezinformasiyadır və bölmələrimiz tərəfindən heç bir hücum cəhdi olmayıb.

* * *

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ordumuza məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurulması ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda qeyd edilib ki, Azərbaycan Ordusuna məxsus PUA-nın guya cəbhə xəttində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalan və dezinfor­masiyadır.

* * *

Ermənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarı­nın məhv edilməsi ilə bağlı növbəti yalan məlumat yayıb. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, həqiqətdə isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silah­lı qüvvələrinin işğal olunmuş ərazimizdə yeni tikilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv edilib.

31 Oktyabr 2020 00:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 13:59
Əfsanəvi Maradona vəfat etdi

Köhnə versiyamızdan xəbərləri izlə