Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müharibə başa çatandan sonra Qarabağ ölkəmizin ən gözəl regionlarından birinə çevriləcək

Döyüş meydanlarındakı uğurlarımız artdıqca dünya Azərbaycan dövlətinin və Silahlı Qüvvələrimizin gücünü, qüdrətini görür və heyrətlənir. Bu faktlara görə sevinənlər də var, daxili sarsıntı keçirənlər də. Təbii ki, bir vətəndaş olaraq mən də əzəli torpaqlarımızın düşmən tapdağından təmizlənməsinə sevinirəm. Amma mən bu sevinc və iftixarla yanaşı, Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonların bərpası üçün göstəriş verdiyini eşidəndə bir az da fərəhləndim.

Azərbaycan Prezidenti Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibədə Dağlıq Qarabağ və ətraf rayonların iqtisadiy­yatının bərpası məsələsinə də xüsusi önəm verildiyini söylədi: “Əlbəttə, böyük ərazilərin öz nəzarətimizə qaytarılması artım üçün, in­kişaf üçün, ilk növbədə, kənd təsərrüfatının və turizmin inkişafı üçün böyük potensi­aldır. Ona görə ki, Qarabağ regionu ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir. Həm təbii faydalı qazıntılarla, həm qızılla, sink və qurğuşunla zəngindir... Ona görə də bu regionun perspektivi Azərbaycanın davamlı inkişafı üçün, ilk növbədə, ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün çox vacib olacaq. Lakin anlamaq lazımdır ki, birinci mərhələdə bu, çox böyük maliyyə məsrəfləri tələb edəcək”.

İşğaldan azad edilmiş rayon və şəhərlərdə bərpa prosesinin ağır keçəcəyini söyləyən dövlət başçımız xatırlatdı ki, biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik: “Təsəvvür edir­sinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdu­lar, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil, buradan vəhşilər keçiblər. Elə bil, bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıb­lar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur. Buna görə qarşıda bizi çox bö­yük xərclər gözləyir. İnfrastruk­tur, yollar, kommunikasiyalar, yaşayış yerləri, inzibati binalar. Buna görə də bu, yəqin ki, birinci mərhələdə ümumi da­xili məhsulun həcminə, inşaat sektoruna çox müsbət təsir göstərəcək”.

Mən bir iş adamı kimi həmin rayonlarda aparılacaq bərpa işlərinin səmərəsini çox yaxşı başa düşürəm. İlk növbədə çoxsaylı iş yerləri yaranacaq. İkinci, tikinti materialları istehsalı ilə bağlı olan yeni müəssisələr ərsəyə gələcək. Yeni yollar çəkiləcək, yeni infrastruktu­run yaradılmasına başlanıla­caq. Prezidentimiz qeyd etdi ki, bu işlər qarşıdakı 5-10 il ərzində qeyri-neft sektoru­nun inkişafına yaxşı təkan verəcək.

Amma dövlət başçımı­zın bu barədə danışarkən dediyi başqa bir fikir də var idi ki, onu mən ömrüm boyu unuda bilməyəcəyəm: “ Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yox­dur”.

Eşq olsun Sizə, cənab Prezident! Allah Sizi qorusun, müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Azad ƏLİYEV, İsmayıllı rayonu, iş adamı

31 Oktyabr 2020 00:12 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə