Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın “VICE News” kanalı: Bərdə şəhərində yaşayış məntəqələrinə qarşı kasetli bombalardan istifadə edilib

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayış məntəqələrinə qarşı kasetli bombalardan istifadə edilib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın “VICE News” kanalı­nın jurnalistləri oktyabrın 28-də bu cür raketlərin çoxsaylı istifadəsini təsdiqləyiblər.

Bildirilib ki, hücumdan bir neçə saat sonra aparılan araş­dırma zamanı “Amnesty International”ın hərbi mütəxəssisi Brayn Kasner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qar­lasko “Smerç” raketinin qalıqlarını aşkar ediblər.

Qeyd edilib ki, Azərbaycan rəsmilərinin məlumatına əsasən, evlərin həyətlərinə düşən raket mərmiləri 21 nəfərin həyatına son qoyub. Bu, ötən aydan Qarabağda döyüşlərin yenidən başlamasından sonra ən çox mülki şəxsin ölü­mü ilə nəticələnən hücumdur. Bərdə Rayon Mərkəzi Xəstəxanasında olan jurnalistlər burada mülki geyimdə olan və partlayış xəsarətləri almış 12 nəfərin meyitini müşahidə ediblər.

31 Oktyabr 2020 00:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 13:59
Əfsanəvi Maradona vəfat etdi

Köhnə versiyamızdan xəbərləri izlə