Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AHİK: Dinc əhaliyə raket hücumları müharibə cinayətidir və cəzasız qalmamalıdır

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Bərdə şəhərinin mərkəzinə dinc əhaliyə qarşı istifadəsi qadağan olunmuş ballistik raketlər atılması nəticəsində çoxsaylı sakinin ölümünə, yaralanmasına və böyük mülki dağıntıya səbəb olmuş faciə baş verməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlamışdır.

Müraciətdə bildirilmişdir ki, döyüş meydanında məğlub olması ilə barışa bilməyən Ermənistan hakimiyyətinin göstərişi ilə Rusiya və Ameri­ka Birləşmiş Ştatları tərəfinin təşəbbüsləri əsasında əldə edilmiş humanitar atəşkəsi ardıcıl pozan işğalçı ölkə Azərbaycanın cəbhə zonasın­da və ondan kənarda yaşa­yan dinc əhaliyə məqsədyönlü şəkildə hücumlar edir.

Təcavüzkar erməni silahlı qüvvələrinin 2020-ci il oktyabrın 27-də saat 16:00 radələrində Bərdə rayonu­nun Qarayusifli kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində 5 mülki şəxs dünyasını dəyişmiş və 14 nəfər yaralanmışdır. Bu terror aktının üstündən heç bir gün keçməmiş --- oktyabrın 28-də saat 13:00 radələrində işğalçı Ermənistan silahlı qüvvələri Bərdə şəhərinin dinc sakinlərinin sıx oldu­ğu məkanlara və ticarət mərkəzlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquq­la qadağan olunmuş kaset bombalarından zərbələr endirmişdir. Nəticədə, 21 nəfər həlak olmuş, 70-ə yaxın şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Törədilən bu vəhşiliklər 1949-cu il Cenevrə Kon­vensiyasının kobud şəkildə pozulması, dinc əhaliyə qarşı Ermənistanın Azərbaycan xalqına qarşı XX əsrin əvvəllərindən başlatdığı soyqırım siyasətinin davam etdirilməsinin sübutudur. Ermənistanın bütün dün­yanın gözü qarşısında bu qədər müharibə cinayətləri törətməsi onlar üçün yaradı­lan cəzasızlıq mühitindən irəli gəlir.

Müraciətdə Azərbaycan Həmkarlar İttifaqları Kon­federasiyası beynəlxalq təşkilatları öz nüfuzundan istifadə etməklə Ermənistanın Azərbaycanın dinc əhalisinə, o cümlədən qadınlara, uşaq­lara, əlillərə, qocalara qarşı törətdiyi vəhşilikləri dayandır­ması üçün müvafiq addımlar atmağa çağırmışdır.

“Xalq qəzeti”

31 Oktyabr 2020 00:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 13:59
Əfsanəvi Maradona vəfat etdi

Köhnə versiyamızdan xəbərləri izlə