Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı sualları cavablandırıb

Oktyabrın 30-da Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Qərarı ilə bağlı brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, brifinqdə çıxış edən Təhsil naziri Emin Əmrullayev Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı davam edən hərbi təcavüzünə toxu­nub, düşmən təcavüzü nəticəsində zərər dəymiş təhsil müəssisələri, həlak olan və yaralanan məktəblilər barədə danışıb. Təhsil naziri təəssüf hissi ilə bildirib ki, bu təcavüz nəticəsində son bir ayda 9 şagir­dimiz həlak olub, 16 şagirdimiz yaralanıb, eləcə də 50-yə yaxın təhsil müəssisəsi müxtəlif dağıntılara məruz qalıb.

Emin Əmrullayev Nazirlər Kabine­tinin müvafiq qərarına uyğun olaraq, noyabrın 2-dən bütün təhsil pillələri üzrə tədrisin distant qaydada təşkil olunacağını diqqətə çatdırıb və qeyd edib ki, distant təhsil mövcud durum­dan çıxış yoludur. Distant təhsilin təminatı üçün müxtəlif onlayn platfor­maların fəaliyyətinə toxunan Təhsil naziri, həmçinin “Microsoft Teams”in Azərbaycan dilinə tərcümə edilmiş ver­siyasının artıq hazır olduğunu diqqətə çatdırıb. Eyni zamanda, həmin platfor­maların növbəti həftələrdə VPN olma­dan işləyəcəyini bildirib.

Təhsil naziri qeyd edib ki, epidemio­loji vəziyyət imkan verdiyi təqdirdə yaxın gələcəkdə mərhələlərlə əyani təhsil bərpa oluna bilər.

31 Oktyabr 2020 00:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 13:59
Əfsanəvi Maradona vəfat etdi

Köhnə versiyamızdan xəbərləri izlə