Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC dövlət müəssisələrinə subsidiyaların verilməsi üçün AÇIQ TENDER ELAN EDİR

Lot- 1. Dövlət müəssisələrinə subsidiyaların verilməsinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirak­çıları lazımi maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsil təqdim edə bilərlər. (əlaqələndirici şəxs- Əhməd Məmmədov, 496-52-05).

İştirak haqqı 1000 (bir min) manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Təşkilat – Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti

H/h- AZ22IBAZ38030019446253269215

VÖEN- 1702563281

Kod- 805625

VÖEN-9900001881

M/h-AZ03NABZ01350100000000002944

SWİFT- IBAZAZ2X

İştirak haqqı heç bir halda qeri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keç­miş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq serti­fikatları;

- iddiaçının müvafiq sahədə fəaliyyət göstərməsinə icazə verən lisenziya;

iddiaçının bu sahədə peşəkarlığını əks etdirən məlumatlar:

- əsas işçi heyyəti və idarəetmə aparatında çalı­şanların ixtisasları və iş təcrübələri barədə məlumat;

- iddiaçının texniki imkanları (inzibati və istehsa­lat sahələri, nəqliyyat vasitələri və digər avadanlıqla­rı) barədə məlumat;

- son 3 ildə iddiaçı tərəfindən icra edilmiş oxşar layihələr barədə məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sual­ları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu­na uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 19 noyabr ¬2020-ci il saat 11.00-a , tender təklifi ilə bank zəmanəti sənədlərini isə 27 noyabr 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 30 noyabr 2020-ci il saat 11.00- da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. Tenderdə yalnız “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 50-1.1-ci maddəsində göstərilən meyarlara uyğun gələn iddiaçılar iştirak edə bilərlər.

31 Oktyabr 2020 00:02 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 Dekabr 2020 | 00:20
B i l d i r i ş
3 Dekabr 2020 | 00:19
B i l d i r i ş
3 Dekabr 2020 | 00:18
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə