Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə liderdir

Bakı Ali Neft Məktəbi (BANM) I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə növbəti dəfə ölkə lideri olub.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020/2021-ci tədris ilində Azərbaycan Res­publikasının ali məktəblərinə daxil olmuş tələbələrə Pre­zident təqaüdünün verilməsi haqqında 29 oktyabr 2020-ci il tarixli sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 22 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

Bakı Ali Neft Məktəbi bu göstərici üzrə respublika ali məktəbləri içərisində II yerdə qərarlaşıb, I ixtisas qrupu üzrə isə lider olub.

Müvafiq sərəncamla, bu il ümumilikdə 102 nəfər Prezident təqaüdçüsü adını qazanıb.

Qeyd edək ki, qəbul imtahanlarında ixtisas qrup­ları üzrə ən yüksək nəticələr göstərərək Azərbaycan Res­publikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezi­dent təqaüdü verilir.

İndiyədək böyük rəqabətin qeydə alındığı I qrupda heç bir universitet Bakı Ali Neft Məktəbi qədər maksimum sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb.

Beləliklə, ali məktəbin ümumilikdə Prezident təqaüdçülərinin sayı 172 nəfərə çatıb.

Qeyd edək ki, 22 Pre­zident təqaüdçüsündən 11 nəfər BANM-ın informasiya təhlükəsizliyi ixtisasını, 10 nəfər proseslərin avtomat­laşdırılması mühəndisliyi ixtisasını, 1 nəfər isə kimya mühəndisliyi ixtisasını seçib.

Bu il BANM-ın Prezident təqaüdçülərinin ən minimal balı 683.9 olub.

Prezident təqaüdünə layiq görülən 14 tələbə Bakı, 8 nəfər isə müxtəlif şəhər və rayon (o cümlədən 1 nəfər kənd məktəbinin, 1 nəfər isə işğal altında olan rayonlara aid məktəbin) məktəblərinin məzunlarıdır.

Məlumat üçün bildirək ki, Prezidentin 3 sentyabr 2001-ci il tarixli 564 nömrəli fərmanı ilə təsis edilən Azərbaycan Respublika­sının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği son illər dəfələrlə artırılaraq 210 manat müəyyən olunub.

30 Oktyabr 2020 23:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə