Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin yürüş-mitinqinə icazə verilməyib

TASS-ın yaydığı məlumata görə, Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində ermənilərin keçirmək istədikləri yürüş-mitinqə icazə verilməyib.

Mənbə qeyd edir ki, həmin şəhərlərdə yaşa­yan ermənilər noyab­rın 2-də yürüş-mitinq keçirmək üçün şəhər rəhbərliyinə müraciət ediblər. Lakin Ahlen və Hamm şəhərlərinin bələdiyyələri ermənilərin yürüş-mi­tinq keçirməsinə icazə verməyib.

Məlumata görə, ermənilərin yürüş-mitinqinə icazə verilməməsinin əsas səbəbi onların seçdiyi marşrut olub. Belə ki, onlar şəhər rəhbərliyindən icazə almaq üçün etdikləri müraciətdə qeyd ediblər ki, Ahlen və Hammda toplanış məntəqəsində mitinq keçirdikdən sonra avtomobilləri ilə iki şəhəri birləşdirən yolda avtoyürüş etmək istəyirlər.

Hər iki şəhərin rəhbərliyi ermənilərin Hamburqda av­tobanın bağlanması və on minlərlə insanın işə gecikməsi ilə nəticələnən aksiyanı misal çəkərək oxşar yürüşə şəhərlərində icazə vermədiklərini bildiriblər.

Məlumat üçün bildirək ki, Ahlen şəhəri əhalisinin sayına görə, Türkiyə vətəndaşlarının ən çox yaşadığı Almaniya şəhəridir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

30 Oktyabr 2020 23:58 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Dekabr 2020 | 19:57
BMT həyəcan təbili çalır
5 Dekabr 2020 | 19:51
Kvant interneti yaradılacaq

Köhnə versiyamızdan xəbərləri izlə