Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Emoməli Rəhmonun andiçmə mərasimi

Yenidən Tacikistan Prezidenti seçilən Emoməli Rəhmonun oktyabrın 30-da andiçmə mərasimi keçirilib. “Anadolu” agentliyinin yaydığı məlumata görə, Düşənbədəki “Koxi Somon” iqamətgahında keçirilən mərasimdə Tacikistan Seçki Komissiyasının rəhbəri Baxtiyar Xodoyerzoda Emoməli Rəhmona Prezident vəsiqəsini, Konstitusiya Məhkəməsinin sədri Abdulxafiz Aşurzoda isə Tacikistan Prezidentinin nişanını təqdim edib. Sonra Emoməli Rəhmon təntənəli surətdə Vətənə və xalqa sədaqət andı içib.

Qeyd edək ki, Tacikis­tanda prezident seçkiləri oktyabrın 11-də keçirilib və Prezident kürsüsü uğrunda 5 namizəd mübarizə aparıb. Emoməli Rəhmon seçicilərin 90 faizdən çoxunun səsini qazanıb. Emoməli Rəhmon bundan əvvəl 1994, 1999, 2006 və 2013-cü illərdə də səs çoxluğu ilə Prezident seçilib. 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri seçilən Emoməli Rəhmon faktiki olaraq həmin ildən ölkəyə rəhbərlik edir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

30 Oktyabr 2020 23:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Dekabr 2020 | 19:57
BMT həyəcan təbili çalır
5 Dekabr 2020 | 19:51
Kvant interneti yaradılacaq

Köhnə versiyamızdan xəbərləri izlə