Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İkinci turun rəmzi komandası açıqlanıb

“Goal.com”un yaydığı məlumata görə, Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ikinci turunun rəmzi komandası açıqlanıb.

Rəmzi heyətdə 11 müxtəlif klubun üzvləri yer alıb. Heç bir komandanın iki futbolçu ilə təmsil olunmadığı heyətə Azərbaycan çempionu “Qarabağ”ın yer aldığı “I” qrupun futbolçusu düşməyib.

Heyətdə qapıçı – Qustavo Busatto (MOİK), müdafiəçilər - Dioqo Dalot (“Mi­lan”), Ceremi Gelin (“Antverpen”), Stian Qreqersen (“Molde”), Borna Barişiç (“Reyncers”), yarımmüdafiəçilər - Pizzi (“Benfika”), Mihael Liendl (“Volfsber­ger”), Co Uillok (“Arsenal”), hücumçu­lar - El Fardu Ben Nabuhan (“Srvena Zvezda”), Elvis Manu (“Lüdoqorets”) və Mohamed Elyunussi (“Seltik”) yer alıblar.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

30 Oktyabr 2020 23:56 - İDMAN
İDMAN
5 Dekabr 2020 | 19:52
İlin ən yaxşı hücumçusu
5 Dekabr 2020 | 00:11
Ən yaxşı müdafiəçi

Köhnə versiyamızdan xəbərləri izlə