Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndoneziya və ABŞ Cənub Şərqi Çin dənizində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

İndoneziya və ABŞ Cənub Şərqi Çin dənizində yerləşən İndoneziyaya məxsus adaların inkişafı barədə razılıq əldə ediblər. Bu addımın həmin əraziyə iddialı olan Çinə qarşı yönəldiyi bildirilir. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bu barədə razılaşma ABŞ Dövlət katibi Mayk Pompeo ilə İndoneziyanın Xarici İşlər naziri xanım Retno Marsudi arasında Cakar­tada keçirilən görüş zamanı əldə edilib.

Bildirilir ki, görüşdə Cənub Şərqi Çin dənizində vəziyyət müzakirə olunub. İndone­ziyanın Natuna adaları rayonunda məxsusi iqtisadi zona yaratdığı və burada Çin ilə ərazi müzakirələri apardığı qeyd edilir. Görüş za­manı Retno Marsudi bildirib ki, Cənub-Şərqi Çin dənizində sabitlik və sülh qorunmalı, BMT-nin Dəniz hüququ üzrə Konvensiyasına hörmətlə yanaşılmalıdır.

Yeri gəlmişkən, İndoneziya KİV-i Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinə ra­ket hücumu nəticəsində mülki vətəndaşların həlak olmasını və yaralanmasını geniş işıq­landırır. Qeyd edilir ki, Azərbaycan Ordusu­nun Dağlıq Qarabağda apardığı uğurlu hərbi əməliyyatların qarşısında dayana bilməyən Ermənistan Rusiya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən humanitar atəşkəsə baxmayaraq, Azərbaycan şəhərlərinə raket hücumlarını davam etdirir.

Məqalələrdə Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi qəbul olunduğu xüsusi qeyd edilir. Bildirilir ki, 1991–1994-cü illərdə birinci Dağlıq Qarabağ müharibəsi zamanı xarici havadarlarına arxalanan Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib.

M.HACIXANLI, “Xalq qəzeti”

30 Oktyabr 2020 23:55 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Dekabr 2020 | 19:57
BMT həyəcan təbili çalır
5 Dekabr 2020 | 19:51
Kvant interneti yaradılacaq

Köhnə versiyamızdan xəbərləri izlə