Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir

Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya bildirib ki, ölkədə parlament seçkilərinin tam təhlükəsiz şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülüb. Bu barədə “Novosti Qruziya” məlumat yayıb.

Məlumata görə, Gürcüs­tanda növbəti parlament seçkiləri bu gün keçirilir. Amma səsvermə ölkədə koronavirus pandemiyasının ikinci dalğası ilə eyni vaxta təsadüf edir. Ölkədə hər gün mindən artıq yoluxma faktı qeydə alınır.

Jvaniyanın sözlərinə görə, səsvermə günü məntəqələrdə infeksiya­nın yayılmasının qarşısını almaq üçün bütün profilaktiki tədbirlər görüləcək: “2020-ci ilin 31 oktyabrı Gürcüstan üçün çox vacib gündür. Bu gün vətəndaşlarımız onuncu çağırış parlamenti yeni seçki sistemi əsasında seçir. Xü­susi qeyd etmək istəyirəm ki, seçki məntəqələrinə gəlmək hətta pandemiya şəraitində təhlükəli deyil, çünki biz sizin sağlamlığınız üçün lazım olan bütün tədbirlərə əməl edirik”.

MSK sədri deyib ki, ölkə üzrə 3657 seçki məntəqəsi fəaliyyət göstərir. Karantində və təcriddə olan seçicilər üçün də 127 xüsusi məntəqə yaradılıb.

Qeyd edək ki, Gürcüs­tanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası və müxalifətdəki Vahid Milli Hərəkat Partiyası seçkilərə ciddi hazırlaşıb­lar. Oktyabrın 29-da Vahid Milli Hərəkat Partiyası və Birləşmiş Müxalifət Birliyi paytaxt Tbilisidə “Bidzina ilə vidalaşaq!” şüarı altında kütləvi aksiya keçirib. Aksiya şəhərin Respublika meyda­nından Azadlıq meydanına doğru yürüşlə başlayıb.

Parlament seçkiləri öncəsi keçirilən son mitinqə müxalifətin bölgələrdən olan minlərlə tərəfdarı da qoşu­lub. Mitinqdə çıxış edənlər bildiriblər ki, aksiya hakim “Gürcü Arzusu – Demokra­tik Gürcüstan” Partiyasına xəbərdarlıq məqsədi daşıyır, seçkilərin nəticələri saxtalaş­dırılacağı halda paytaxtda və ölkənin bütün regionlarında daha izdihamlı aksiyalar keçiriləcək. Aksiyada tibbi maskadan istifadə olunub və sosial məsafə qaydalarına qismən əməl olunub.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

31 Oktyabr 2020 00:00 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Dekabr 2020 | 19:57
BMT həyəcan təbili çalır
5 Dekabr 2020 | 19:51
Kvant interneti yaradılacaq

Köhnə versiyamızdan xəbərləri izlə