Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Oktyabrın 31-də

Bakıda və Abşeron yarımadasın­da dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 14-18, gündüz 19- 22, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütu­nuna enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasın­da əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 5-10, gündüz 21-25 dərəcə isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən- Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 6-9 , gündüz 18-23 dərəcə isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 8-12, gündüz 19-24 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şa­maxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Gecə 8-13, gündüz 18-23, dağ­larda gecə 2-7, gündüz 13-15 dərəcə isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağ­mursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 12-15, gündüz 18-22, dağlarda gecə 8-10, gündüz 13-18 dərəcə isti olacaq.

 

30 Oktyabr 2020 23:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə