Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransız jurnalist: Dağlıq Qarabağdan yazan jurnalistlərin, bu münaqişədən danışan deputatların hədələnməsi qəbuledilməzdir

Bu gün Fransada söz, mətbuat azadlığı gündəmdədir. Hamı mətbuat azadlığından danışır. Belə bir vaxtda Dağlıq Qarabağdan yazan jurnalistlərin, eləcə də bu münaqişədən danışan deputatların təhqir olunması və ölümlə hədələnməsi qəbuledilməzdir. Xüsusilə də ölüm hədələri ASALA kimi terror təşkilatının adından edilir. Bu, söz və mətbuat azadlığına böyük zərbədir.

Bu fikirləri fransız jurnalist, KERNEWS radiosunun təsisçisi və “Bourse Plus” qəzetinin müxbiri Yannik Üryen söyləyib.

Ermənistana səfər etmiş bir qrup fransız deputatla bağlı fikirlərini bölüşən Y.Üryen deyib: “Çox təəssüflər olsun ki, bu gün Fransa çox zəifdir. Artıq uzun illərdir ki, Fransa gücünü itirib. Bu gün fransız deputatlar sirkdəki klounlar kimidir, səs-küy salıb diqqəti cəlb edirlər. Ancaq bu, səs-küydən başqa bir şey deyil. Müəyyən sayda seçici səsi üçün hər şeyə hazır olan bu deputatlar heç nə əldə edə bilməyəcəklər. Həmin deputatlar Fransanın maraqlarından daha çox, öz maraqlarını düşünürlər. Bu isə onlara xeyir gətirməyəcək. Onlar səs-küy saldıqları vaxt Azərbaycan öz torpaqlarını azad edəcək və qazanan Azərbaycan tərəfi olacaq”.

Fransada icra hakimiyyəti üzvlərinin çox zəif olduğunu deyən jurnalist bildirib ki, onların əksəriyyəti müəyyən hakim dairələrdə özlərinə yer etmiş erməni lobbisinin marionetinə çevrilib.

Y.Üryen qeyd edib ki, son günlər erməni lobbisi öz mənfur hərəkətləri ilə iç üzünü açıb göstərdi. “Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli həvalə ounan Minsk qrupunun həmsədridir. Həmsədr isə bitərəf olmalı, məsələni dərindən öyrənib, ədalətli həll təklif etməlidir. Ancaq bu gün Fransa əlləri yanına sallayaraq gözləyir”, - deyə jurnalist vurğulayıb.

30 Oktyabr 2020 15:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə