Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Berlindəki səfirliyinin qarşısında Bərdəyə raket hücumlarını əks etdirən fotostend quraşdırılıb

Ermənistan silahlı qüvvələri tərəfindən oktyabrın 27-28-də Azərbaycanın Bərdə şəhərinə endirilən raket zərbələri nəticəsində həlak olan çox sayda dinc sakinin, o cümlədən qadın və uşaqların xatirəsinin yad edilməsi məqsədilə ölkəmizin Berlindəki səfirliyinin binası önündə stend quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, stenddə erməni vəhşiliyinin qurbanı olan şəxslərin, o cümlədən həyatını itirən uşaqların, habelə raket zərbəsi nəticəsində dağılmış yaşayış binalarının və mülki obyektlərin fotoları əksini tapıb.

30 Oktyabr 2020 15:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə