Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyanın ictimai televiziya kanalı Tərtərdən reportaj yayımlayıb

Almaniyanın ictimai televiziya kanalı olan “ARD”nin “Tagesschau” verilişində Azərbaycana səfər etmiş jurnalist Oliver Mayer-Rütün Tərtərdən hazırladığı “Dağlıq Qarabağda müharibə” mövzusunda reportaj yayımlanıb.

Reportajda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınır. Bildirilir ki, hazırda hərbi əməliyyatların aparıldığı Qarabağ Azərbaycanın tərkib hissəsi olub və Ermənistan tərəfindən işğal edilib. Beynəlxalq hüquq tərəfindən Azərbaycanın ərazisi kimi tanına bölgədə 4 həftədir ki, şiddətli döyüşlər gedir.

Reportajda, həmçinin Tərtər sakinləri Xalid Hümbətovun və Hicran Əmrahovanın müsahibələrinə də yer alıb. Eyni zamanda, Ermənistanın raket hücumları nəticəsində Tərtərdə dağılmış evlər və mülki infrastruktur obyektləri nümayiş etdirilib.

30 Oktyabr 2020 15:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə