Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nur-Sultanda yaşayan soydaşlarımız Bərdəyə raket hücumu nəticəsində həlak olanların xatirəsini yad ediblər

Qazaxıstanda yaşayan həmvətənlərimiz Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində törədilən terror aktı nəticəsində həlak olanların xatirəsini yad etmək üçün Azərbaycanın bu ölkədəki səfirliyinin qarşısına toplaşıblar.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bərdədəki terror aktlarının günahsız qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyatını itirənlərin şəkilləri önünə güllər, oyuncaqlar düzüb və şamlar yandırıblar.

Azərbaycan icmasının gənc üzvləri Ermənistanın ölkəmizə qarşı təcavüzünə etiraz edərək Ordumuza dəstək göstərməyə hazır olduqlarını vurğulayıblar.

Soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinə və digər yaşayış məntəqələrinə ballistik raket zərbələri barədə məlumat veriblər.

30 Oktyabr 2020 12:52 - SİYASƏT
SİYASƏT
23 Noyabr 2020 | 14:26
XİLASKAR PREZİDENT

Köhnə versiyamızdan xəbərləri izlə