Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Siyasi ekspert Elçin Mirzəbəyli: “Əsgər ovu” Ermənistanı qaçılmaz məğlubiyyətdən xilas etməyəcək

“Ermənistan silahlı birləşmələrinin növbəti hərbi təxribatına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum və sülhə məcburetmə əməliyyatları 28 illik işğala son qoyulması istiqamətində ciddi irəliləyişlərin əldə olunması ilə yanaşı, Ermənistan ordusu haqqında təcavüzkar ölkənin ictimai rəyində illərdən bəri formalaşdırılmış “məğlubedilməzlik” mifini də darmadağın etməsini” söyləyən siyasi ekspert Elçin Mirzəbəyli açıqlamasınıən davmında bildirib:

 --Artıq Ermənistan hərbçilərinin Azərbaycan əsgərinin qarşısından necə qaçdığını görmək üçün məxfi məlumatların əldə edilməsinə də ehtiyac yoxdur. Sosial şəbəkələr erməni hərbçilərinin rüsvayçı qaçış səhnələri ilə zəngindir. Fərarilik, əmrə tabe olmamaq kimi halların qarşının alınması üçün Ermənistan hakimiyyəti ən son üsullara əl atır, cəzaları sərtləşdirir. Ermənistan parlamentinin Cinayət Məcəlləsinə etdiyi əlavə və dəyişikliklər də işğalçı ölkədəki real mənzərənin nə qədər acınacaqlı olduğunu sübuta yetirir.

Belə ki, Ermənistanın Cinayət Məcəlləsinə edilən yeni əlavə və dəyişikliklərə əsasən həqiqi hərbi xidmətdən, təlimlərdə iştirakdan və müharibə dövründə səfərbərlikdən imtina edənlər 12 ilə qədər həbs cəzasına məhkum ediləcəklər. Müharibə dövründə vergi ödəməkdən və əmlakının hərbi məqsədlərlə istifadə edilməsindən imtina edənlər üçün 5 ilədək həbs cəzası nəzərdə tutulub. Müharibə zamanı fərarilik və döyüş tapşırıqlarının yerinə yetirməkdən imtina edən erməni hərbçilərini isə 15 ilədək həbs cəzası gözləyir. Amma cəzaların sərtləşdirilməsi də fərariliyin, qarşılıqlı ittihamların, ziddiyyətlərin qarşısını ala bilmir.

Elçin Mirzəbəyli açıqlamasının davamında deyib ki, keçmiş baş nazir Vazgen Manukyanun Nikol Paşinyanı istefaya çağırmasından sonra işğalçı ölkənin siyasi gündəmi də ən sərt, ən ağır ittihamlarla zəbt olunub:

--Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının bu gün keçirilən brifinqində hakim partiyanın deputatları Manukyanı və onunla eyni mövqedən çıxış edənləri xəyanətdə suçlayıblar və bildiriblər ki, daxildəki “bayraqdar”lar Türkiyə “Bayraqdar”larından daha təhlükəlidir. Ermənistanın siyasi arenasında siyasi qüvvələrin və hakim partiya nümayəndələrinin bir-birini xəyanətdə ittiham etmələri adi hal alıb.

Son 20 gündə artıq Ermənistan ordusunda 4 yüksək vəzifəli şəxs işdən qovulub. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat idarəsinin rəisi, general-mayor Ohannes Karumyan və Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan xəyanətdə ittiham olunaraq vəzifələrindən kənarlaşdırılıblar.

Qeyd edim ki, sabiq baş nazir Manukyanın Paşinyan hökumətinə qarşı ittihamlarının səbəbi təkcə Ermənistan ordusunun ardıcıl acı məğlubiyyətləri ilə bağlı deyil. Ölkədəki hərc-mərclik, özbaşınalıq, sosial-iqtisadi durumun gündən-günə ağırlaşması, ərzaq məhsullarının qıtlığı və bütün məhsulların qiymətinin 30-70 faiz arasında yüksəlməsi həm Manukyanın və digər siyasətçilərin, həm də bütövlükdə Ermənistan ictimaiyyətinin etirazlarının əsasını təşkil edir.

Elçin Mirzəbəyli açıqlamasını belə tanmamlayıb: “Artıq heç kim ağır itkilər verərək döyüş meydanından qaçan Ermənistan ordusunun sıralarında xidmət etmək istəmir. Bu səbəbdən də işğalçı ölkədə səfərbərliyi “əsgər, yaxud döyüşçü ovu” adlandırırlar. Ermənistan vətəndaşlarının sosial şəbəkələrdə paylaşdıqları statuslarda da polis və təhlükəsizlik qüvvələrinin ev-ev belə ova çıxdıqları bildirilir. Lakin döyüşmək istəməyən insanları zorla səngərə sürükləmək Ermənistanı qaçılmaz məğlubiyyətdən xilas etməyəcək”.

Hazırladı: T.AYDINOĞLU,

“Xalq qəzeti”

30 Oktyabr 2020 11:46 -

Köhnə versiyamızdan xəbərləri izlə