Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Müdafiə Nazirliyi: Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.

30 Oktyabr 2020 10:49 - SİYASƏT
SİYASƏT
23 Noyabr 2020 | 14:26
XİLASKAR PREZİDENT

Köhnə versiyamızdan xəbərləri izlə