Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Human Rights Watch" Bərdəyə kasetli döyüş sursatları atıldığını təsdiqləyib

"Human Rights Watch" bəyan edib ki, Ermənistan silahlı qüvvələri Bərdəyə hücum zamanı beynəlxalq səviyyədə istifadəsi qadağan olunmuş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növündən istifadə edib.

Məlumatda bildirilir ki,  təşkilat zərbələrin endirildiyi yerdən yerli və beynəlxalq jurnalistlərin, sakinlərin çəkdiyi foto və video görüntüləri təhlil edib.

Hadisə yerində kaset sursatlı “Smerç” raketi və paraşütlü qəlpə-fuqas raketinin qalıqları müəyyən edilib.

Təşkilata məlum olduğu qədər, Ermənistan ordusunda “Smerç” çoxgövdəli raket qurğuları mövcuddur. Çox böyük ehtimalla qeyd etmək olar ki, bu hücumu məhz Ermənistan ordusu həyata keçirib. Ermənistan kaset sursatlarından istifadəni dayandırmalıdır: “Bu rəhmsiz silahın beynəlxalq hüquqla qadağan olunmasının çox səbəbi var. Bu silahdan şəhərin mərkəzində istifadə olunması insanların həyatına və beynəlxalq hüquqa qarşı çox kobud etinasızlıq göstəricisidir”.

Bəyanatda qeyd olunur ki, təşkilatın nümayəndələri zərbənin qeydə alındığı 2 məkanı yoxlayıb, ümumilikdə 6 video, 28 fotoşəkli nəzərdən keçirilib.

Qeyd edək ki, oktyabrın 27-i və 28-də Bərdəyə hücum zamanı 26 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

30 Oktyabr 2020 10:26 -

Köhnə versiyamızdan xəbərləri izlə