Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Atamın istəyi o idi ki, Qubadlıda şəhid olsun”

Aprel döyüşlərindəki şücaətinə görə vaxtından əvvəl polkovnik rütbəsi və Milli Qəhrəman adını alan şəhid Şükür Həmidovun atası və oğlu onun haqqında danışıblar.

Ş.Həmidovun atası Nəriman Həmidov Qubadlı şəhəri uğrunda döyüşlərdə şəhid olan oğlunun bir neçə gün əvvəl onunla telefonla danışdığını deyib: “Dedi “ata, sabah bəlkə siz tərəfə getdik”. Dedim, bala, gedəndə dizlərini yerə qoyub Nağıllı bulaqdan doyunca su içərsən. Dedi “Ata, hələ tezdi”.

Şəhidin oğlu Nurlan Həmidov atası haqda danışarkən deyib ki, o, öz xalqı üçün çox çalışırdı:

“İstəyi o idi ki, Qubadlıda şəhid olsun. Öz istəyinə də nail oldu. Arzu edirik ki, bütün torpaqlarımız alınsın, atamın və bütün şəhidlərin qanı yerdə qalmasın”.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

30 Oktyabr 2020 10:31 -

Köhnə versiyamızdan xəbərləri izlə