Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın Bərdəyə kasetli raketlərlə hücum etdiyini “Human Rights Watch” təşkilatı da təsdiqləyib

Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini “Human Rights Watch” təşkilatı da təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, təşkilatın bununla bağlı yayığı açıqlamada deyilir ki, Ermənistan qüvvələri oktyabrın 28-də Azərbaycanın paytaxtı Bakıdan 230 kilometr məsafədə yerləşən Bərdə şəhərinə beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları atıb. Hücum nəticəsində ən azı 21 mülki şəxsin öldüyü və ən azı 70 nəfərin yaralandığı bildirilir. “Human Rights Watch” kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edib.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatı da Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı kasetli raketlərdən istifadə etdiyini təsdiqləyib.

30 Oktyabr 2020 10:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə