Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tbilisidə izdihamlı mitinq keçirildi

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” Partiyası və “Birləşmiş Müxalifət” Birliyi oktyabrın 29-da paytaxt Tbilisidə “Bidzina ilə vidalaşaq!” şüarı altında kütləvi aksiya keçiriblər.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, aksiya şəhərin Respublika meydanından Azadlıq meydanına doğru yürüşlə başlayıb.

Azadlıq meydanında parlament seçkiləri öncəsi keçirilən son mitinqə müxalifətin bölgələrdən olan minlərlə tərəfdarları da qoşulub.

Mitinqdə çıxış edənlər bildiriblər ki, aksiya hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının rəhbəri Bidzina İvanişviliyə xəbərdarlıq məqsədi daşıyır.

Onlar seçkilərin nəticələrinin saxtalaşdırılacağı halda paytaxtda və ölkənin bütün regionlarında daha izdihamlı aksiyaların keçiriləcəyini bildiriblər.

Aksiyada tibbi maskadan istifadə olunub və sosial məsafə qaydalarına qismən əməl edilib.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

30 Oktyabr 2020 10:30 -

Köhnə versiyamızdan xəbərləri izlə