Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Korotçenko: Laçın azad edilərsə, o zaman İrəvan…

Ermənistanla Azərbaycan arasında artıq sülhdən danışmaq lazım deyil, çünki müharibənin də öz qaydaları olmalıdır. Bu qaydalar Cenevrə konvensiyaları və onlara əlavə protokollarla müəyyən edilib. Qaydalara və protokollara əsasən, hərbi əməliyyatlar zamanı mülki obyektlər və dinc şəhərlər toxunulmazdır.

Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko “Anastasiya Lavrina ilə xüsusi buraxılış” verilişində deyib.

Onun sözlərinə görə, döyüş əməliyyatlarının bilavasitə cəbhədə aparılması ilə cəbhə xəttindən uzaqda yerləşən dinc şəhərlərə raket hücumu fərqli məsələlərdir:

“Bu gün (28 oktyabr – red.) İrəvan beynəlxalq humanitar hüquq normalarına və bütün bəşəriyyətə qarşı növbəti hərbi cinayət törədib. Bu əmələ heç cür haqq qazandırmaq olmur. Əsas odur ki, bu əmrlərin kim tərəfindən verildiyini və kim tərəfindən yerinə yetirildiyini müəyyənləşdirək, çünki bu, cinayətkar əmrlərdir. Əvvəlcə Gəncədə, indi isə Bərdədə baş vermiş hadisələrə dair əmr verən erməni hərbçiləri və siyasətçiləri hərbi cinayətkarlardır”.

Ekspert vurğulayıb ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:

“Üç atəşkəs elan olunmuşdu və onların hər biri İrəvan tərəfindən pozuldu. Odur ki, hər hansı danışıqların irəliləyişinə inanmaq çətindir”.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

30 Oktyabr 2020 10:17 -

Köhnə versiyamızdan xəbərləri izlə