Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransada kütləvi etirazlar başladı

Fransada kütləvi etirazlar başlayıb. Fransa mediasının yazdığına görə, etirazlara səbəb insanların koronavirusla bağlı ölkədə tətbiq edilən qadağalardan təngə gəlməsidir.

Kütləvi etirazlar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib.

Hüquq mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd edək ki, Fransada oktyabrın 30-dan dekabrın 1-dək ümummilli karantin elan edilib.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

30 Oktyabr 2020 10:07 -

Köhnə versiyamızdan xəbərləri izlə