Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moldovanın aparıcı KİV-ləri Bərdə şəhərinin raket atəşinə tutulması barədə məqalələr yayıb

Moldovanın aparıcı KİV-ləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini raket atəşinə tutması barədə məqalələr yayıb.

AZƏRTAC xəbər verir ki, Moldovanın nüfuzlu “Tribuna”, NOİ.MD, AVA.MD, İPN.MD informasiya portalları Bərdə şəhərinə edilən raket hücumu nəticəsində 20-dən çox mülki vətəndaşın həlak olduğu qeyd edilir.

Məqalələrdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında edilən paylaşımdakı fikirlər yer alıb. Birinci xanıma istinadla vurğulanıb ki, Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar.

Həmçinin digər məqalələrdə də Ermənistanın Azərbaycanın yaşayış yerlərini, o cümlədən Bərdəni kasetli raketlərlə atəşə tutmasını pisləyən fikirlər yer alıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

30 Oktyabr 2020 09:00 -

Köhnə versiyamızdan xəbərləri izlə