Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan portalları Bərdədə baş verənləri pisləyib

Özbəkistan ”interpress.uz”, “daryo.uz”, ”fikr.uz” və “qalampir.uz” portalları Bərdənin kasset bombasına tutulması ilə bağlı özbək və rus dillərində məqalələr çap edib.

AZƏRTAC xəbər verir ki, portallarda Bərdə şəhərinin ermənilər tərəfindən ikinci dəfə “Smerç” kassetli bombalardan atəşə tutılması mənfur qonşularımızın qorxaqlığı kimi dəyərləndirilib. Bildirilib ki, müharibədə uduzan Ermənistan qisasını dinc əhalidən alır. Bununla da erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyasını və Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozur.

Saytlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumat verilir, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi önə çəkilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

30 Oktyabr 2020 08:57 -

Köhnə versiyamızdan xəbərləri izlə