Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Türkiyənin Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Oktyabrın 29-da Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon söhbəti zamanı nazir Ceyhun Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb, qardaş Türkiyəyə davamlı sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistan tərəfindən azərbaycanlı mülki şəxslərin xaincəsinə hədəfə alınma­sı və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz oldu­ğu, bu cinayətlərə görə cavabdeh şəxslərin ədalət məhkəməsi qarşı­sında cavab verməsinin zəruriliyi vurğulanıb.

30 Oktyabr 2020 03:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Noyabr 2020 | 01:41
Xarici media Qarabağdan yazır

Köhnə versiyamızdan xəbərləri izlə