Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Biz, Özbəkistanın qadın şairləri bu günlərdə Azərbaycanda baş verən hərbi əməliyyatlarla əlaqədar Sizə müraciət edir və həyatını itirən insanlarla əlaqədar baş­sağlığı veririk.

Biz bilirik ki, Azərbaycan 30 ildir Ermənistanın işğalı altında olan torpaqla­rını azad etmək və BMT-nin münaqişənin həllinə dair qəbul olunmuş 4 qətnaməsinin tələblərini yerinə yetirmək üçün hərbi libas geyinib öz torpaqları uğrunda Vətən savaşı aparır. Tarixdən bizə yaxşı məlumdur ki, Qarabağ diyarı daim türk yurdu olub, bütün tarixi mənbələr, sənədlər, abidələr bu faktı bir daha təsdiq edir.

Necə ola bilər ki, Qarabağda 80 min nəfərə yaxın olan ermənilərin hüquqları, onların gələcək taleyi hamını maraqlandırır, amma bu diyarın əbədi sakinləri olan, etnik təmizləmə nəticəsində öz torpaqlarından qovulan bir milyondan çox azərbaycanlının nə dünənki, nə bugünkü, nə də gələcək həyatı heç kimi maraqlandırmır və bu haqda danışan yoxdur.

Biz bu dünyada ədalətin, beynəlxalq hüququn olmamasının son zamanlar bir daha görməkdəyik. Kim o torpaqlardan qo­vulan insanların 27 il çəkdikləri əziyyətlərin, məşəqqətlərin əvəzini qaytaracaq?

Biz işğaldan azad edilən Cəbrayıl rayonunun görüntülərini izləyəndə məyus olduq və dəhşətə gəldik. Bura tamamilə xarabazara – bütün infrastrukturu dağılmış bir əraziyə çevrilib. Bu rayon böyük İpək Yolunun üzərində yerləşib və buradakı tarixi Xudafərin körpüsü əsrlərlə xalqlarımız ara­sında mədəni, ticarət bağlantısı olub. Bu gün bütün dünya bilməlidir ki, ermənilər heç bir hüquqa hörmət qoymayaraq Dağlıq Qarabağ bölgəsinin ətrafında ondan ərazi cəhətdən daha böyük olan 7 rayonu zəbt edib və bunu sərsəmcəsinə təhlükəsizlik zonası adlandırır, bu əraziləri 27 ildir işğal altında saxlayırlar. Halbuki, bu rayonların əhalisinin 97 faizi yerli azərbaycanlılardır. Bu, hansı qanuna, məntiqə və beynəlxalq hüquqa sığır? Bu danışıqlar dözümlü, sülhsevər Azərbaycan xalqı tərəfindən 27 ildir ki, aparılır və hamı­mız onun nəticəsini yaxşı gördük.

Müharibə dünən və bu gün bütün dəhşətləri ilə Azərbaycan torpağın­da getməkdədir. Şəhərləri dağılan da, ərazisində ağır texnika hərəkət edən də və sabahları güllə səsləri ilə açan da Azərbaycandır. Ermənistan ərazisində bir güllə belə atılmır, qanlar tökülmür. Ona görə də işğalçı tərəf bu gün belə arxayın və riyakarcasına dinc əhaliyə raket zərbəsi endirməkdə davam edir.

Atəşkəs müqaviləsi imzalanandan sonra döyüşlərin getdiyi ərazidən 100 kilometr məsafədə yerləşən, dahi Nizami Gəncəvinin vətəni və böyük mədəniyyət beşiyi olan Gəncənin dinc əhalisini gecə saat 2-də raket atəşinə tutmaq bizləri çox sarsıtdı və hiddətləndirdi. Xocalıda tökülən o qanlardan, uşaqların, anaların fəryadından doymayan canilər dinc Gəncəni də vurdular. Bu, sivil dünyada qəbulolunmaz hadisə və bəşəri cinayətdir.

Hesab edirik ki, işğal bitməli, doğ­ma yurdlarından qovulmuş, etnik təmizləmə, soyqırımına məruz qalmış dinc azərbaycanlılar öz torpaqlarına qayıtmalı­dırlar. Biz isə öz aramızda bu cür ideyalara, başqalarının torpaqları hesabına öz ərazisini böyütməyə, xalqları zülm və iztirablara məhkum edənlərə “dur” deyirik. Hamımız ar­tıq yaxşı görürük ki, bu cür haqsızlığın axırı nə ilə bitir. 30 ildir davam edən bu münaqişə regiona, xalqlara nə qədər zərbə vurdu, yüz minlərlə insanın həyatını, arzularını məhv etdi.

Biz qadın şairlər olaraq bu imkandan istifadə edib bütün dünya analarına, qabaq­cıl təfəkkürlü insanlara buradan müraciət edirik. Biz analar daim sülh istəyirik və istəməliyik. Amma davamlı və əbədi sülh. Bu sülhü yurd yerləri, evləri, abidələri, qəbirlərimizin düşmən tapdağı altında ol­ması, özümüzün isə köçkün kimi həsrətdən çürüyərək məhv olmağımız hesabına deyil, azad, ədalətli və beynəlxalq hüququn, ərazi bütünlüyünün təmin edildiyi şərtlərlə istəyirik.

Biz də türk ellərinin, türk dünyasının hər bir ziyalısı, vətəndaşı, füqarası olaraq haqqın, ədalətin və bunu özünün əsas qayəsi hesab edən Sizlərin, Azərbaycanın yanındayıq.

Biz bu gündən qarabağlıyıq! Ürəyimiz daim Sizinlə, Azərbaycanla döyünür. Vətən əmanətdir, Vətən anadır, ana isə bizlərdə müqəddəsdir.

Hörmətli cənab Prezident, torpaqları­nızın son qarışınadək azadlığı uğrunda mübarizədə Tanrı Sizə və bütün ədalət carçı­larına yar olsun! Qarabağ Azərbaycandır və nida işarəsi!

Dərin hörmət və ehtiramla,

Dilbar Heydərova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Gülbahor Ashurova – professor, şairə,
Dildora Hasanova – jurnalist, Özbəkistan Dövlət Televiziyasının “Mənbələr danışanda” verilişinin baş redaktoru və aparıcısı,
Uktamoy Xaldarova – şairə, tərcüməçi,
Gulnora Shininova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Kutlibeka Rəhimboeva – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Şərifə Səlimova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Zülfiyə Muminova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Nəzirə Salomova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Sayora Tuyçiyeva – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Hulkar Hamroeva – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Zebo Mirzəyeva – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Zəhra Həsənova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Faroqat Xudoyqulova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Güljamol Əsgərova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Zilola Xocaniyozova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Mahfuza Imomova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Şaxlo Qasımova – şairə, tərcüməçi, Xamrogul Ashurova – şairə,
Mavjuda Rajabova – şairə

Özbəkistan Respublikası, Daşkənd şəhəri.

30 Oktyabr 2020 03:07 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə