Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur

Çoxdan idi ki, mətbuatda heç bir məsələyə münasibət bildirmirdim. İndi isə sevincli xəbərlər, müsbət tendensiyalar və düşündürücü faktlar o qədərdir ki, susmaq mümkün deyil. Xüsusi münasibət bildirilməli bir neçə məqam var ki, onların hərəsi bir kitablıqdır.

Birinci məqam: Azərbaycana düşmənçilik edən bəzi ölkələrdəki qaragü­ruhçu mətbuat təmsilçiləri göz yaşı axıdırlar ki, guya Azərbaycan Prezidenti Türkiyənin köməyi ilə erməni xalqını qırır. Utanmadan, şərəfsizcəsinə deyirlər ki, məqsəd Ermənistanı dövlət kimi yox etmək və erməniləri tamamilə qır­maqdır. Cənab İlham Əliyev isə dönə-dönə deyib ki, terrordan, təxribatdan işğalçılıq və separatçılıqdan əl çəkən ermənilər Azərbaycanın vətəndaşı kimi ölkəmizdə yaşaya biləcəklər. Dövlət başçımız lap bu günlərdə verdiyi müsahibələrinin birində isə hətta Ermənistan dövlətinin gələcəyi haqqında da söz açdı: “Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur”.

İkinci məqam: BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi məlum qətnamələrdən və cəbhədə atəşkəs elan edildikdən sonra həm ulu öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev dəfələrlə demişdilər ki, biz Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status verməyə hazırıq. Yəni ərazisinin 20 faizi işğal edilmiş ölkə regi­onda sülhə nail olmaq üçün heç bir ölkənin etməyəcəyi güzəştə hazır idi. Bu fürsəti gah Ermənistana rəhbərlik edənlər qiymətləndirə bilmədilər, gah da onların havadarları həmin prosesə mane oldular. Əksinə, Ermənistan rəhbərliyi “yeni torpaqlar üçün yeni müharibə”yə hazırlaşdı.

Bir neçə gün qabaq – oktyabrın 22-də həm biz, həm də dünya ictimaiyyəti bu məzmunda olan ən doğru, ən obyektiv və ədalətli yanaşmanı eşitdik. Belə ki, Yapo­niyanın “Nikkei” qəzetinə müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağa hansısa statusun verilməsi barədə sualı cavablandırarkən əlli milyonluq azərbaycanlıların hamısının ürək sözlərini dilə gətirdi: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq... Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. On­ların müstəqil Ermənistan dövləti var... Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt!”

Üçüncü məqam: Başdanxarab Ni­kol Paşinyan başda olmaqla, ermənilər və onların havadarları cidd-cəhdlə çalı­şırlar ki, Azərbaycanın böyük dövlətlərlə münasibətləri pozulsun və bizim beynəlxalq aləmdəki nüfuzumuza xələl gətirilsin. Okt­yabrın 25-də Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev jurnalistin qərəzli sualını cavablandırarkən sübut etdi ki, bizim böyük dövlətlərlə olan dostluq və tərəfdaşlığımıza heç kəs mane ola bilməz:

“ Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub. Biz beynəlxalq terrorçuluqla mübarizədə bir yerdəyik.. Bizim gündəliyimizdə enerji təhlükəsizliyi kimi mühüm məsələ var. Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji təchizatı marşrutlarını şaxələndirmək səylərini həmişə dəstəkləmişdir. Ameri­ka Birləşmiş Ştatlarının güclü dəstəyi ilə biz önəmli layihələri tamamlaya bilmişik. Azərbaycan və Amerika Birləşmiş Ştatları­nın çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır”.

Sonda, rəşadətli Azərbaycan Ordusunun qələbə xəbərləri münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Silahlı qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qalan torpaqlarımızın da tezliklə işğaldan azad ediləcəyinə inanıram. Allah ordumuzu və komandanımızı qorusun! Qarabağ Azərbaycandır!

İsgəndər NAMAZOV, YAP Binəqədi rayon təşkilatı Siyasi Şurasının üzvü

30 Oktyabr 2020 03:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Noyabr 2020 | 01:41
Xarici media Qarabağdan yazır
24 Noyabr 2020 | 01:03
Hava proqnozu
23 Noyabr 2020 | 15:52
Azadlığın mübarək, Ağdam!
23 Noyabr 2020 | 15:51
Sənətkarın Şəhid oğlu

Köhnə versiyamızdan xəbərləri izlə