Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MDB Məşvərət Şurasının iclasında Ermənistanın Azərbaycana təcavüzü və mülki əhaliyə qarşı terror hücumlarına dair məlumatlar verilib

Oktyabrın 29-da MDB üzv dövlətlərinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının videokonfrans formatında keçirilən XXXIII iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları, ölkəmizin mülki əhalisinə qarşı raket və ağır artilleriya hücumları barədə məlumat verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğı­zıstan, Moldova, Tacikistan, Özbəkistan, Türkmənistan və başqa ölkələrin na­zir və nazir müavinlərindən, əmək, məşğulluq, sosial müdafiə üzrə qurum­larının əməkdaşlarından, MDB İcraiyyə Komitəsi, MDB Parlamentlərarası Assambleyası, Beynəlxalq Əmək Təşkilatı, MDB Ümumhəmkarlar İttifaqları Konfederasiyası, MDB Dövlətlərarası Statistika Komitəsi və s. təşkilatların məsul şəxslərindən ibarət 60-a yaxın nümayəndə iştirak edib.

MDB İcraiyyə Komitəsinin sədr müavini Aqıbay Smaqulovun giriş nitqindən sonra çıxış edən S.Babayev diqqətə çatdırıb ki, 30 ilə yaxındır BMT qətnamələrinə məhəl qoymadan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan təcavüzkar Ermənistan sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təxribat törədib. Azərbaycanın hərbi birləşmələrinin mövqeləri, hətta cəbhədən uzaq, heç bir hərbi obyek­tin yerləşmədiyi yaşayış məntəqələri Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə və raket hücumlarına məruz qalıb.

Nazir bildirib ki, bütün beynəlxalq humanitar normaları tapdalayaraq Ermənistan silahlı qüvvələri mülki in­sanları hədəfə alıb. Oktyabrın 4, 11 və 17-də ermənilərin Gəncə şəhərinə raket hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər ağır yaralanıb. Həmçinin cəbhədən uzaq Azərbaycan rayonlarına Ermənistan tərəfindən ağır artilleriya atəşləri, raket hücumları davam edir. Son iki gündə də Ermənistanın cəbhədən uzaq Bərdə ra­yonuna bir-birinin ardınca raket hücumla­rı, beynəlxalq hüquqla qadağan olunmuş kaset bombaları atması nəticəsində həmin rayonda aralarında azyaşlı uşaq­lar və qadınlar da olmaqla 25 dinc sakin həlak olub, 80-dən çox şəxs yaralanıb.

Ümumən sentyabrın 27-dən Ermənistanın mülki əhalini, yaşayış məntəqələrimizi atəşə tutması, müharibə cinayətləri nəticəsində Azərbaycan tərəfindən 90 mülki şəxs həlak olub, 400-ə yaxın şəxs yaralanıb, ölkəmizin mülki infrastrukturuna ciddi ziyan dəyib.

S.Babayev bildirib ki, Azərbaycan ordusu təcavüzü dayandırmaq, mülki əhalini qorumaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun ola­raq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum tədbirləri görməyə məcbur olub. Bu hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həyata keçirilir. Son bir ayda üç dəfə humanitar atəşkəs elan olunsa da, hər dəfə humanitar atəşkəsdən az sonra Ermənistan tərəfindən xaincəsinə, kobud şəkildə pozulub və Azərbaycanın yaşa­yış məntəqələrinə artilleriya zərbələri endirilməklə irimiqyaslı terror aktları törədilib.

“MDB üzvü olan dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suve­renliyini dəstəkləməyə, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə, mülki əhalisinə qarşı beynəlxalq huma­nitar prinsiplərə zidd vəhşi terror hücum­larını pisləməyə çağırırıq” deyə qeyd edən nazir vurğulayıb ki, 1 milyondan artıq azərbaycanlının məcburi köçkünə çevrilməsinə səbəb olan erməni iş­ğalı nəticəsində yaranmış münaqişə ümumən bölgədə sosial inkişaf im­kanlarını məhdudlaşdırır. Ermənistan- Azərbaycan münaqişəsi yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır.

Azərbaycanda son illərdə sosial və əmək sahəsində aparılan dərin islahat­ları qeyd edən S.Babayev COVID-19 pandemiyasının iş dünyasına təsirlərini diqqətə çatdırıb. O, son 28 ildə MDB ölkələrinin böyük siyasi və sosial-iqtisadi dəyişikliklər yolu keçdiyini qeyd edərək bildirib ki, məşğulluq, əmək, miqrasiya və sosial müdafiə məsələləri MDB ölkələri üçün getdikcə daha çox əhəmiyyət kəsb edir və bu, dövlətlərarası əməkdaşlığın inkişafını da şərtləndirir.

Ölkəmizin ötən bir il ərzində Məşvərət Şurasına sədrlik etdiyini deyən na­zir bu ilin COVID-19-la bağlı bütün problemlərinə və çətinliklərinə baxmaya­raq, Azərbaycanın əmək, məşğulluq və sosial müdafiə sahəsində inqilabi islahat­ların önündə olduğunu qeyd edib.

S.Babayev iclasın gündəliyindəki məsələlərin çoxunun həlli ilə bağlı kon­septual yanaşmaları müəyyənləşdirməyin mümkün ola biləcəyini deyib. Hazırkı iclasın MDB ölkələrində sosial rifahın artırılması məsələlərində bu struktu­run fəaliyyətinin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.

İclas zamanı Ermənistan nazirinin Azərbaycanın guya atəşkəs rejimini pozması və s. barədə dezinformasiyala­rına qarşı Azərbaycan tərəfi qətiyyətli və dolğun cavab verib.

Son bir ayda üç dəfə humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistanın hər dəfə atəşkəsdən az sonra Azərbaycanın yaşayış məntəqələrinə xaincəsinə artilleriya zərbələri endirməklə mülki əhaliyə qarşı irimiqyaslı terror aktları törətdiyi, beynəlxalq humanitar hüquqları ko­budcasına pozduğu diqqətə çatdırılıb. Bu terror hücumları nəticəsində həlak olanlar və yaralananlar, ölkəmizin mülki infrastrukturuna dəyən ciddi ziyan barədə ətraflı məlumat verilib. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarını ölkəmizin beynəlxalq səviyyədə ta­nınmış öz ərazilərində apardığı qeyd edilib. Döyüş meydanında aciz duru­ma düşən Ermənistanın Azərbaycanın mülki insanlarına qarşı aramsız terror hücumları etməklə müharibə cinayətləri törətdiyi, lakin Ermənistandan fərqli olaraq Azərbaycanın heç zaman mülki əhalini hədəfə almadığı vurğulanıb. Eyni zamanda, Ermənistanın xarici ölkələrdəki müxtəlif terror qruplaşmalarından 2 min terrorçunu Qarabağ bölgəsinə gətirərək, Azərbaycana qarşı müharibəyə cəlb etdi­yinin də artıq məlum fakt olduğu diqqətə çatdırılıb.

Şuranın yeni sədri, Belarus Əmək və Sosial Müdafiə naziri İrina Koste­viç açılış nitqi edib. İclasın gündəliyi MDB üzv dövlətlərinin əmək və sosial sahədə əməkdaşlığının nəticələri və perspektivləri, yeni koronavirus infeksi­yasının (COVID-19) yayılması nəzərə alınmaqla bu dövlətlərdə əmək və sosial sahədə mövcud vəziyyət və görülən tədbirlər, pandemiyanın nəticələrinin aradan qaldırılması və postpandemiya dövründə iş yerlərinin bərpası ilə bağlı nəzərdə tutulan tədbirlər, işaxtaran və iş­siz vətəndaşlara xidmət göstərən müasir və effektiv rəqəmsal sistemlərin tətbiqi, əməyin mühafizəsi, təcrübə mübadilələri və s. məsələləri əhatə edir.

30 Oktyabr 2020 03:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Noyabr 2020 | 01:41
Xarici media Qarabağdan yazır

Köhnə versiyamızdan xəbərləri izlə