Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarixdə heç vaxt bu kimi cinayətləri törədənlər məsuliyyətdən qaça bilməyiblər

Azərbaycan xalqına qarşı növbəti cinayət həyata keçirilib. Tam məsuliyyətimlə deyirəm ki, bu cinayət birbaşa olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən törədilib.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bərdədə jurnalistlərə açıqlama­sında deyib.

“Bir daha tam məsuliyyətimlə deyirəm ki, bu, Azərbaycanın döyüşdəki uğurları ilə bağlıdır. Azərbaycan Ordu­su cəbhədə irəlilədikcə, erməni silahlı birləşmələrinə zərbələr endirdikcə, daim Ermənistanın siyasi rəhbərliyi tərəfindən bu kimi göstərişlər verilir. Bununla bağlı tərəfimizdən cinayət işi başlanı­lıb. Dünəndən istintaq-əməliyyat qrupu Bərdə şəhərində işləyir və zəruri olan bütün sübutlar toplanılır. Tarixdə heç bir vaxt bu kimi cinayətləri törədənlər məsuliyyətdən qaça bilməyiblər və qaça da bilməyəcəklər”, – deyə Kamran Əliyev bildirib.

30 Oktyabr 2020 02:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə